Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Latviyada benzin mühərrikli avtomobillərin satışı azalıb, hibrid avtomobillərin sayı 3 dəfə artıb

Latviyada benzin mühərrikli avtomobillərin satışı azalıb, hibrid avtomobillərin sayı 3 dəfə artıb

Tarix: 9 Iyul 2021 22:42

Baltikyanı ölkələrdə yeni minik avtomobilləri bazarı koronavirus səbəbindən 2020-ci ildə baş vermiş böhrandan sonra tədricən canlanır. Latviyada 2021-ci ilin əvvəlində maraqlı tendensiya müşahidə edilib: benzin mühərrikli yeni avtomobillərin satışı azalıb, hibrid avtomobillərin sayı isə 3 dəfə artıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Avropanın "RİA.com Marketplaces" şirkəti yayıb.

Bildirilir ki, carı ilin ilk 5 ayı ərzində Latviyada satılmış yeni avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz, Estoniyada isə 37,2 faiz artıb. 2021-ci ilin birinci rübündə satılmış yeni hibrid avtomobillərin sayı keçən ilin eyni rübünə nisbətən 213 faiz, elektrik avtomobillərin satışı 47,7 faiz artdığı halda, benzin və dizel mühərrikli avtomobillərinin satışı azalıb.

Latviyada cari ilin birinci rübdə yeni avtomobillərin satışı üzrə bölgü aşağıdakı kimidir:

Elektrikli avtomobillər: 65 (+47,7 faiz);

Hibrid avtomobillər: 777 (+213,1 faiz);

Benzin mühərrikli avtomobillər: 1526 (-16,5 faiz);

Dizel mühərrikli avtomobillər: 1103 (-31,2 faiz).


Etiketlər:  Latviyada benzin mühərrikli avtomobillərin satışı azalıb hibrid avtomobillərin sayı dəfə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ