Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən sutka 51 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Ötən sutka 51 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Tarix: 10 Iyul 2021 13:26

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Sonxeber.net-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən qeyri-çimərlik sahədə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, yanğınlar zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Etiketlər:  Ötən sutka yanğına çıxış olub nəfər xilas edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ