Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 15:16
Bakı. Trend:
"Beşiktaş" növbəti transferini reallaşdırıb.
Trend-in məlumatına görə, İstanbul təmsilçisi Fransanın "Qenqam" klubunun sol cinah müdaiəçisi Pedro Rebeşunu icarəyə götürüb. Liqa 1 təmsilçisi portuqaliyalı futbolçunu satın alma şərti ilə "Beşiktaş"a icarəyə verdiyini açıqlayıb.
"Benfika"nın yetirməsi 2017-ci ildən çıxış etdiyi "Qenqam"da 57 oyun keçirib. 24 yaşlı futbolçu ötən mövsüm Liqa 1-də 36 oyuna 8 assist edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin