Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya polisi Azərbaycan vətəndaşını Almaniyaya təhvil verdi

Rusiya polisi Azərbaycan vətəndaşını Almaniyaya  təhvil verdi

Tarix: 10 Iyul 2021 21:38

Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərindəki əyləncə mərkəzində qumbara partladan Azərbaycan vətəndaşını almaniyalı həmkarlarına təhvil veriblər.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Moskvanın M.V.Lomonosov adına Domodedovo hava limanında Elşad Qulammirzəyev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov, Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.

O, 2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu əyləncə mərkəzinin girişində qumbara partladıb.

Soyğunçuluq etdiyi üçün 2018-ci ildə Nijni Novqorod şəhərində tutulan E. Əzizov 3,5 il müddətinə həbs edilib. Həbs müddəti bitdiyi üçün Almaniyaya ekstradisiya edilib.


Etiketlər:  Rusiya polisi Azərbaycan vətəndaşını Almaniyaya təhvil verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ