Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 11:55
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub.
Məşhur klarnetçi maddi ehtiyac səbəbindən "şaxta baba" kimi fəaliyyət göstərdiyini etiraf edib:
"13-14 yaşım vardı. Pula çox ehtiyacımız vardı. Qırmızı xalat tapdım, bəzədim, pambıq alıb saqqal düzəltdim, hədiyyələr düzəltdim. Dekabrın 31-i qapı-qapı gəzib, şəkil çəkdirib pul qazanmağa başladım. Öz məhləmizdən başladım. Bir nəfər məni yoldan götürüb evlərinə apardı. Məktəb yoldaşımgilin evi idi. Mən onları tanıdım, amma onlar məni tanımadı. O vaxt yaxşı pul qazandım. Evə ərzaq aldım".