Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır

YENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır

Tarix: 9 Avqust 2019 16:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır.

Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, nazirliyin məqsədi çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək yox, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır.

Nazir müavini əlavə edib ki, Xəzər dənizini çirkləndirənlərə artıq kifayət qədər vaxt verilib:

"Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyektlər isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri artıq qurğular quraşdırmağa başlayıb. Obyekt sahibləri tullantı suları təmizləyici qurğudan keçirdikdən sonar dənizə axıtmaq əvəzinə texniki su kimi də istifadə edə bilərlər”.

F.Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə həyata keçirilən layihələr vətəndaşların, əhalinin sağlamlığı və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  YENİ TƏLƏB Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ