Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngilis azarkeşlərin çılğınlığı: Kimisi soyunur, kimisi avtobusun damına çıxır – FOTO/

İngilis azarkeşlərin çılğınlığı: Kimisi soyunur, kimisi avtobusun damına çıxır – FOTO/

Tarix: 11 Iyul 2021 20:22

AVRO-2020-nin final matçına saatlar qala ingilis azarkeşlər əsl coşğu yaşayırlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Daily Mail" nəşri həlledici qarşılaşmanın keçiriləcəyi Uembli arenası ətrafında baş verənləri əks etdirən foto və videogörüntüləri yayımlayıb.

Minlərlə çılğın azarkeş küçələrə axışaraq İngiltərə millisinə dəstək nümayiş etdirirlər. Onlardan bəziləri isə öz sevinclərini qeyri-adi üsullarla ifadə edir. İçkili vəziyyətdə olan azarkeşlərdən kimisi tamamilə soyunur, kimisi isə avtobusun damına çıxaraq mahnı oxuyur.

Proqnozlara əsasən, İngiltərə və İtaliya arasında keçiriləcək bugünki final oyununu stadiondakı 60 min futbol tərəfdarıyla yanaşı, 35 milyon televiziya izləyici də seyr edəcək.

Britaniya Pivə Assosiasiyasının rəyinə görə, gün ərzində pablarda 7.1 milyon fincan pivə içiləcək.

Milli.Az


Etiketlər:  İngilis azarkeşlərin çılğınlığı Kimisi soyunur kimisi avtobusun damına çıxır FOTO


RƏYLƏR