Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 20:22
Bu gün İstanbul hava limanında qeyri-adi hadisə yaşanıb.
"Haber Global" məlumat verir ki, minlərcə çəyirtkə aeroportun uçuş-eniş zolaqlarından birini istila edib.
Sürü əraziyə çəyirtkələrlə qidalanan çox sayda qağayıların toplaşmasına da səbəb olub.
Aparılan dərmanlama işlərindən sonra çəyirtkələrin bir qismi ölüb, qalanları isə hava limanından uzaqlaşıb.