Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 11:10
İngiltərə yığmasının məğlubiyyəti ilə barışmayan futbol azarkeşləri ilə polis arasında baş vermiş qarşıdurmada 19 polis əməkdaşı yaralanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Avro-2020 oyunları çərçivəsində İtaliyaya məğlub olan İngiltərə milli komandasının fanatları etirazlarını kəskin şəkildə nümayiş etdiriblər.
Məlumata əsasən, oyundan sonra 49 azarkeş saxlanılıb.
Qeyd edək ki, İtaliya yığması Avro-2020-də 3:2 hesabı ilə İngiltərəyə qalib gələrək Avropa çempionu olub. Oyun Londonda "Uembli" stadionunda keçirilib.