Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 11:26
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə kökumətin kritik toplantısı gözlənilir.
Sonxeber.net haberturk-ə istinadən xəbər verir ki, iclasda koronavirus peyvəndi və Qurban Bayramı tətili müzakirə ediləcək. Nazirlər Kabinetinin iclasında, xüsusilə Qurban Bayramı tətilində yeni növ koronavirus (Covid-19) peyvənd proqramı və ölkənin gündəmindəki məsələlərin müzakirəsi gözlənilir.
Səhiyyə naziri Fahrettin Kocanın bir təqdimat etməsi gözlənilən yığıncaqda, ölkə daxilində peyvənd proqramında əldə edilən nöqtə, Covid-19 məlumatları və yerli peyvənd işləri qiymətləndiriləcək. Qurban Bayramı tətili və turizm mövsümü ilə əlaqədar qiymətləndirmələrin edilməsi gözlənilən görüşdə, iqtisadiyyatdakı inkişaflar, təhlükəsizlik və xarici siyasət mövzuları da müzakirə ediləcək. Prezident Ərdoğanın görüşdən sonra xalqa müraciətində bayram tətilinin müddətini açıqlaması gözlənilir.
Kamran Seyidov