Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 17:16
Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) yeni süni intellekt laboratoriyasının yaradılmasına 250 milyon funt-sterlinq ayıracaq. Laboratoriya xəstələrin profillərini şifrləyəcək, süni intellekt isə bu məlumatlar əsasında xəstəliklərin potensial yaranma riskini qiymətləndirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, məlumata görə, süni intellekt laboratoriyasının fəaliyyəti mammoqrafiyanın sürətləndirilməsi, beyin, göz və ürəyin skan edilməsi sayəsində xərçəngin ilkin tədqiqinin effektivliyini artıracaq, eləcə də klinistlərə dərman və qurğulara, həmçinin cərrahi müdaxiləyə tələbi daha yaxşı qiymətləndirməyə imkan verəcək.
“Son məqsəd əməkdaşların gündəlik vəzifələrin avtomatlaşdırılması üçün süni intellekt sistemlərindən istifadə üçün onların ixtisasının artırılmasıdır”, – “NHS” icraçı direktoru Saymon Stivens bildirib.
Britaniya səhiyyə naziri Mett Henkokun sözlərinə görə, süni intellekt texnologiyası artıq səhiyyə sahəsində praktiki tətbiqə hazırdır və investisiyalar Milli Səhiyyə Xidmətinə bu vacib texnologiyalardan istifadədə dünya lideri olmağa kömək üçün düzgün istiqamətdə atılmış daha bir addımdır.
Nizam Nuriyev