Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 15:56
Avropa İttifaqı Şurası Rusiyaya qarşı sektorial iqtisadi sanksiyaları yarım il müddətinə uzadıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən sanksiyalar 2022-ci ilin 31 yanvar tarixinə qədər qüvvədə olacaq.
Bəyanatda deyilir ki, sanksiyaların uzadılmasının səbəbi Rusiyanın Minsk razılaşmalarını tam yerinə yetirməməsidir.
Xatırladaq ki, Aİ Şurası 2020-ci ilin iyun ayında Krımla əlaqədar Rusiyaya qoyulan məhdudiyyətlərin daha bir il uzadılmasına dair qərarı təsdiqləmiş, oktyabrda isə rusiyalı məmurlara qarşı sanksiya tətbiq etmşdi. Moskva isə buna cavab olaraq vətəndaşlarının Rusiyaya girişi qadağan olan bəzi Aİ ölkələrinin siyahısını genişləndirmişdi.