Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa Seyminə yeni sədr seçilib (YENİLƏNİB)

Polşa Seyminə yeni sədr seçilib (YENİLƏNİB)

Tarix: 9 Avqust 2019 18:52

Bakı. Trend:

Polşa Seyminə (parlamentin aşağı palatası) yeni spiker seçilib.

Trend-in məlumatına görə, bu vəzifə keçmiş daxili işlər naziri Eljbeta Vitekə həvalə edilib.

XXX

17: 39

Polşa parlamentinin aşağı palatasının sədri Marek Kuhçinski vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, buna səbəb onun hökumətə məxsus təyyarə və helikopterlərdən ailəvi səyahətləri üçün istifadə etməsi olub.

Bu qalmaqal üzə çıxdıqdan sonra o, istefa verib.

Yeni palata sədrinin bu gün seçiləcəyi gözlənilir. Yeni sədr seçilənədək spiker vəzifələrini ən yaşlı sədr müavini icra edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Polşa Seyminə yeni sədr seçilib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ