Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Tarix: 13 Iyul 2021 09:16

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Milli.Az bildirir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C. Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, C. Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.

Milli.Az


Etiketlər:  Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR