Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 11:20
İyulun 12-də keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Abdulxalidov Anar Asif oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Quliyev Əlizadə Ələkbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Novruzov Əlisultan Ələmşad oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Babək küçəsi ilə 10 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Çırağov Məzahir Yapon oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən, fiziki şəxs Kazımov Niyazi Rövşən oğluna məxsus heyvan kəsimi məntəqəsi.