Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 22:10
Latviya Aİ ölkələri arasında ümumi əhali sayında qadınların payının çoxluq təşkil etdiyi ölkədir.
Sonxeber.net Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) statistika agentliyi "Eurostat" ötən həftə apardığı araşdırmanın nəticəsinə əsasən yayıb.
Bildirilib ki, 1 yanvar 2020-ci il tarixinə olan məlumata görə, Avropa İttifaqında 219 milyon kişi və 229 milyon qadın yaşamışdır ki, bu da hər 100 kişiyə 104,7 qadının düşməsi, qadınların 4,7 faiz çoxluq təşkil etməsi anlamına gəlir. Latviyada qadınların sayı kişilərin sayından 16,5 faiz çoxdur. Litvada bu göstərici 14,2 faiz, Portuqaliyada 11,9 faiz və Estoniyada 11,2 faiz təşkil edib.
Malta, Lüksemburq, İsveç və Sloveniyada isə qadınların sayı kişilərdən daha azdır. Ən böyük fərq Maltadadır. Bu ölkədə 100 kişiyə 93,6 qadın düşür.
Qeyd edilib ki, bənzər vəziyyət 20 il əvvəl Latviyada da qeydə alınmışdı. "Eurostat"ın məlumatına görə, 2001-ci ilin əvvəlində Latviyada 100 kişiyə 117,3 qadın düşüb ki, bu da Avropada ən yüksək göstərici olub.
Araşdırma nəticəsində aydın olub ki, Aİ ölkələrinin (hazırda 27 ölkə) əhalisinin sayı 20 il ərzində 429 milyondan 447 milyona yüksəlib ki, bu da 4 faiz artım deməkdir. Əhalinin sayı 17 ölkədə artıb, 10 ölkədə isə azalıb. Faiz nisbətində əhali sayında ən böyük artım Lüksemburq, Malta, İrlandiya və Kiprdə, kəskin azalma isə Litva və Latviyada (hər iki ölkədə 20 faiz) qeydə alınıb. (publika.az)