Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtomobil üç piyadanı vurdu

Bakıda avtomobil üç piyadanı vurdu

Tarix: 15 Iyul 2021 08:54

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində 1972-ci il təvəllüdlü Ağamaliyeva Xatirə Bulud qızı, 1960-cı il təvəllüdlü Rzayeva Məhəbbət Salman qızı və 1968-ci il təvəllüdlü Şahverdiyeva Məlahət Mətləb qızını avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

X.Ağamaliyevaya çanağın əziyi, M.Rzayevaya döş qəfəsinin əziyi və M.Şahverdiyevaya isə başın təpə nahiyyəsinin əziyi diaqnozları qoyulub.


Etiketlər:  Bakıda avtomobil üç piyadanı vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ