Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 13:40
Kopa Amerika çempionatından sonra İspaniyaya qayıtmağa hazırlaşan argentinalı ulduz Lionel Messi və ailəsi, hava limanında qorxu dolu anlar yaşayıb.
Sonxeber.net-ın lent.az-a istinadən məlumatına görə, Messi xüsusi təyyarəsi ilə yola çıxmağa hazırlaşarkən bir nəfər hava limanına bomba ilə dolu olan bir çanta qoyduğunu söyləyib. Daha sonra bütün uçuşlar təhlükəsizlik səbəbi ilə ləğv olunub. Hava limanı tamamilə boşaldılıb.
Qısa müddətdən sonra isə xəbərin yalan olduğu ortaya çıxıb.