Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdə sakinlərindən narkotik götürülüb - FOTO

Bərdə sakinlərindən narkotik götürülüb - FOTO

Tarix: 15 Iyul 2021 17:08

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilmişlər Mahir Qocayev və Vahid Qədimov saxlanılıb. M.Qocayevin üzərində aparılan baxış zamanı heroin, V.Qədimovun evindən isə 4 bükümdə heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bərdə sakinlərindən narkotik götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ