Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dünyanın ən möhtəşəm təyyarəsi”nin FOTOSU paylaşılıb

“Dünyanın ən möhtəşəm təyyarəsi”nin FOTOSU paylaşılıb

Tarix: 15 Iyul 2021 23:12

ABŞ-ın Hərbi Hava Qüvvələri "dünyanın ən möhtəşəm təyyarəsi" adını alan perspektivli strateji stels texnologiyalı bombardmançı "B-21 Raider"in yeni görüntüsünü nümayiş edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yayımlanan render strateji təyyarənin üçüncü rəsmi şəklidir.  Kadrlarda "B-21 Raider"in Kaliforniyadakı Edvards Hava Qüvvələri bazası üzərindən uçduğu görünür.

Üçüncü görüntü ilə əvvəlki ikisi arasındakı əsas fərq təyyarənin ön şüşəsinin formasıdır.

Nəşrdə stels texnologiyalı bombardmançının nüvə silahı daşıyıcısına çevriləcəyini və düşmənin hava hücumundan müdafiə sistemlərindən praktiki olaraq gözəgörünməz qalacağı vurğulanıb.

Milli.Az


Etiketlər:  Dünyanın ən möhtəşəm təyyarəsinin FOTOSU paylaşılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ