Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yenidən 120-dən çox ölkənin dəstəyini qazandı - Daha 1 il...

Azərbaycan yenidən 120-dən çox ölkənin dəstəyini qazandı - Daha 1 il...

Tarix: 16 Iyul 2021 14:14

"Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi ilə əlaqədar Azərbaycanın bu quruma 2022-ci ildə bitməli olan sədrlik dönəmi ilə əlaqədar müraciət müsbət cavablandırıldı və sədrlik müddəti 1 illik də uzadıldı". 

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycanın sədrliyi dönəmində qlobal təşəbbüslər həyata keçirildi:

"Bu, həm də Qoşulmama Hərəkatına (özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat) sədrlik dönəmində Azərbaycanın effektiv və səmərəli fəaliyyətindən xəbər verir. Prezident İlham Əliyevin qlobal səviyyədə təşəbbüslərinə və səylərinə müsbət yanaşma, ona olan inam və etibardan xəbər verir. Bu, müsbət yanaşmanın növbəti təzahürüdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dönəmində bir sıra qlobal əhəmiyyətli tədbirlərə təşəbbüs göstərib və onların uğurla keçirilməsində iştirak edib. Qeyd etmək lazımdır ki, dünyada COVİD-19 pandemiyasının hələ ilkin çağlarda geniş yayıldığı bir dönəmdə Azərbaycan COVİD-ə qarşı mübarizə üzrə təmas qrupunun Zirvə görüşü formatında iclasını keçirtmişdi. 

2020-ci ilin sonlarında - 3, 4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası böyük uğurla keçirildi. Eləcə də cari ilin martın 22-də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilmiş qətnamə mühüm əhəmiyyətə malikdir və bu qətnamə ondan ibarətdir ki, pandemiyaya qarşı peyvəndlər ədalətli və bərabər bölüşdürülməlidir. Rəsmi Bakı peyvənd millətçiliyinə qarşı çıxır və burada inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan və yaxud inkişaf etməmiş dövlətlər arasında qeyri-bərabərliyin müşahidə olunması nöqteyi nəzərdən peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinin tərəfdarıdır. 

Eyni zamanda, Hərəkatın tarixində ilk dəfə olaraq Azərbaycanın sədrliyi dönəmində qlobal təşəbbüslər həyata keçirilmişdir və burada həm pandemiya ilə bağlı həmrəyliyin və birliyin təşviq olunması, eyni zamanda Qoşulmama Hərəkatının ümumən nüfuzunun artırılması istiqamətində effektiv fəaliyyət müşahiə olunub. 

Vətən müharibəsi dönəmində Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstək nümayiş etdirdilər. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli münasibət var idi və bu dövlətlər Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyü mövqeyindən çıxış etmişdilər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan yenidən dən çox ölkənin dəstəyini qazandı Daha


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ