Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 16:25
"İllər öncə məndə böyük qorxular var idi. Düşünürdüm ki, yəqin 1 il, 2 il, 3 il sonra oğlum tam böyüyəndən sonra mən çox əziyyət çəkəcəyəm. Hətta fikirləşirdim ki, oğlum tərəfindən mənə böyük qadağalar olacaq".
Sonxeber.net xəbər verir ki, bunu müğənni Damla "Səhər mərkəzi" verilişində deyib.
Müğənni oğlu barədə uzun illər hiss etdiyi qorxunu da efirdə açıqlayıb:
"İllər öncə fikirləşirdim ki, biri mənim haqda sosial şəbəkədə bir neqativ şərh yazsa, oğlum o adamı tapıb dalaşar. Bu kimi qorxularım çox böyük idi. Nə yalan deyim, o qorxularla yaşayırdım. Amma Allaha çox şükürlər olsun ki, tamam başqa psixologiyalı uşaqdır.
Qeyd edək ki, Damlanın 14 yaşında İbrahim adlı oğlu var.
Məhəmməd Vaqif