Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 17:10
"Müharibə başlayandan dedim ki, bu ilin sentyabrın 27-nə qədər heç bir verilişə qatılmayacam. Şəhidlərimiz üçün 1 il yas saxlayacam. Elə də edirəm, proqramlara getmirəm".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist mehriban Xanlarova deyib. Aktrisa bir neçə aydır proqramlara qatılmamasının səbəbini açıqlayıb:
"Müharibədən yeni çıxmış və üç mindən çox şəhidi, yaralı qaziləri olan xalqa bu həssas dönəmlərdə biz sənət adamlarının verlişə çıxmağı önəmli deyil. Verilişlərə çıxmalıdır bizlər üçün qolunu, ayağını, gözünü qurban verən qazilərimiz və şəhid ailələrimiz. Onların haqqında verilişlər təşkil etməlidirlər ki, gənc nəsil öz qəhrəmanlarını tanıya bilsin. Efirdə bunlar verilməlidir.
Sosial şəbəkələrdə fikir verirəm, bəzi insanlar mənim seriala çəkilməyimi, verilişlərə çıxmayacağım sözü ilə səhv salıblar. Mən sarialda öz sənət fəaliyyətimi dəvam etdirirəm. Filim və seriallara biz aktyor və aktrisalardan başqa heç kim gəlib çəkilə bilməz axı... Ən əsası isə mən dram aktrisasıyam. Canlandırdığım obrazlar dramdır. Onlarda əyləncəli heç nə yoxdur. Bu ay sənəd dostlarım və tanışlarım tərəfindən çox sayda toya dəvət almışam, amma getməyəcəyəm. Nəmərimi göndərib, üzrxahlıq edirəm. Çünki şəhidlərimizə bir il yas saxlayacağımı demişəm, məhz buna görə də iştirak etmirəm. Bu mənim şəxsi qərarımdır. Mən özümə cavabdehəm. Heç kimin şəxsi işinə müdaxilə etmirəm".