Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəyanət olar, xainlik heç vaxt''

''Xəyanət olar, xainlik heç vaxt''

Tarix: 16 Iyul 2021 17:55

"Xəyanət baş verir, çoxlarında olub. Amma xainliyə pis baxıram. Onlar arasında balaca ip var. Xəyanət xainliyə keçəndə bağışlanmaz. Xəyanət səhv, düşüncəsizlikdən ola bilər. İnsanlar arasında acıq ola bilər. Amma xainlik olmaz".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Youtube"da yayımlanan "Mən" layihəsində deyib. Sənətçi sevgidən bəhs edib.  Lətifə bildirib ki, boşanmalara səbəb cütlüklər arasındakı uyğunsuzluqdur:

"Verdiyin sevgi qarşılıqlı olmalıdır. Onu geri almalısan. Qarşılıq alanda hər bir qadın xoşbəxt olur. Burada artıq xəyanət də, xainlik də olur. Sevgidə düzlük olmalıdır. Sevənlərin ortaq məxrəci olmalıdır. Sevgidə cütlüklər bir-birini tamamlamalıdırlar. Ailə qururlar, boşanırlar... Niyə? Boşanmaların səbəbi bir-birilərini tamamlamamaqlarıdır. Qadın hansısa işdə uğur qazananda, sevgisini tapanda xoşbəxt olur".

Ölümdən danışan Lətifə "Adi suyumu alıb, dənizkənarında oturmaq mənə zövq verir. Həyatı sevərək yaşayanda ölümə hazır oluruq. Doya-doya yaşayın ki, ölüm anı gələndə rahat olaq. Heç kimin xətrinə dəyməyək, insan qəlbi qırmayaq. İnsan pərt etmək, qəlb qırmaq ən böyük günahdır. Düşünürəm ki, bunu edəndə Allah geri dönüşünü yaşadır. Yaşatdığını yaşamadan ölmürsən. Mütləq bunun cəzasını çəkəcəyik. Elə cəhənnəmimizi bu həyatda yaşayacağıq" sözlərini əlavə edib.

Milli.Az


Etiketlər:  Xəyanət olar xainlik heç vaxt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ