Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 09:24
Rusiyada aparılan araşdırma nəticəsində məlum olub ki, ofis şəraitində çalışan hər 10 işçidən üçü (29%) kondisionerlə bağlı həmkarları ilə konflikt yaşayır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "SuperJob" iş axtarışı xidmətinin araşdırmasında qeyd olunur.
İşçilərin 46 faizi isə kondisioner məsələsində həmkarları ilə ümumiyyətlə mübahisə etmədiyi vurğulayıb.
Araşdırma zamanı ortaya çıxan digər maraqlı məqam isə ofisdə temperaturla bağlı narazılığın adətən qadınlar arasında yaşandığı ortaya çıxıb.
Həmçinin yaşı 34 qədər olan işçilərin otaq temperaturu ilə bağlı daha tez-tez mübahisə etdikləri məlum olub.
Sorğu 9-14 iyul tarixləri arasında Rusiyanın 332 yaşayış məntəqəsində keçirilib. Sorğuda ümumilikdə 1 600 nəfər mütəmadi olaraq ofis şəraitində çalışan işçilər iştirak edib.