Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubadlı fatehi - VİDEO

Qubadlı fatehi - VİDEO

Tarix: 17 Iyul 2021 10:26

Laçında şəhid olan V.Xəlilovun bu gün doğum günüdür

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Vidadi Xəlilov... Ən böyük arzusu Şuşada qurban kəsmək idi. Laçında şəhid oldu. Qubadlı fatehi kimi tanınan polkovnik-leytenant Vidadi Xəlilovun bu gün doğum günü idi. Yaşasaydı 38 yaşı tamam olacaqdı.

Vidadi Xəlilov 1982-ci ildə Göyçay rayonunda anadan olub. Sentyabrın 27-də başlayan Vətən müharibəsində əsgərləri ilə bərabər ön xətdə döyüşlərə qatılıb.

Şəhid Vidadi Xəlilov torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə ilk olaraq Murov dağ istiqamətindən, daha sonra Füzuli, Zəngilan, Qubadlı iştirak edərək bir çox qəhrəmanlıqlar göstərib.

Yaralı hərbçilərimizi döyüş meydanlarından çıxararaq hospitallara göndərib. Sonuncu dəfə isə oktyabrın 29-da Laçın rayonun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Etiketlər:  Qubadlı fatehi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ