Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 10:30
ABŞ Prezidentinin Administrasiyası 2500 əfqanı Amerikaya köçürmək istəyir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Co Baydenin administrasiyası Amerika hökuməti ilə əməkdaşlıq etmiş 2500 əfqanı və onların ailəsini ABŞ-a təxliyyə etməyi planlaşdırır.
Bununla yanaşı, Vaşinqton 10 min əfqanı ABŞ-ın xarici hərbi bazalarına və yaxud üçüncü ölkələrə göndərəcək. Onlar ABŞ-a mühacirət üçün sənədlər hazırlanana qədər orada qalacaqlar.
Qeyd edək ki, ABŞ ordusu Əfqanıstanı tərk etməyə başladıqda hüquq müdafiəçiləri Bayden administrasiyasından amerikalı hərbçilərə kömək etmiş şəxslərin müdafiə olunması ilə bağlı tədbirlər görməyi tələb ediblər.
Ağ Evin planına əsasən, qaçqınların ilk hissəsinin təxliyyəsinə iyul ayının sonunda başlanılacaq. Təqribən 20 min əfqan xüsusi mühacirət vizası ilə bağlı müraciət edib. Bu şəxslər ABŞ-la əməkdaşlıq etdiklərindən təhlükə ilə üzləşə bilərlər.
Xatırladaq ki, ABŞ hərbçilərinin Əfqanıstanı tərk etmə prosesi bu il avqustun 31-nə qədər başa çatmalıdır.