Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 10:50
Hollivud ulduzu Orlando Blumun keçmiş və indiki qadınlarının dost münasibətləri hər iki tərəfin parəstişkarlarının marağına səbəb olub. Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki,
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, 36 yaşlı ifaçı Keti Perri, Blumun keçmiş arvadı 38 yaşlı Miranda Kerrin təşkil etdiyi yoqa məşqlərini ziyarət edib və onun kosmetika brendini sosial şəbəkədə reklam edib.
"Rəfiqəm Miranda Kerri və onun brendi ilə velnes-gün (sağlam həyatın qorunması və saxlanılması - red.) keçirdim", - deyə aktrisa yazıb. O, həmiləliyindən bəri ilk dəfə yoqa ilə məşğul olduğunu da vurğulayıb.
Ketinin nişanlısı 44 yaşlı Orlando Blum paylaşımın altından şərh yazıb:
"İkiniz də çox sevimlisiniz. Ən maraqlısını ötürürəm", - deyə o, şərh yazıb.
"Üzüklərin əfəndisi"nin Leqolasının bu münasibəti pərəstişkarlarının böyük marağına səbəb olub, onlar şərhi səkkiz minə yaxın bəyəniblər.