Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bal ayına çıxan cütlüyün faciəsi - Hər kəsi şoka salan qəza - VİDEO

Bal ayına çıxan cütlüyün faciəsi - Hər kəsi şoka salan qəza - VİDEO

Tarix: 17 Iyul 2021 11:04

Zonquldağda (Türkiyə) təzə evlənən cütlüyün çıxdığı bal ayı faciə ilə nəticələnib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, yol nəqliyyat qəzasında gəlin Ceylan Yılmaz həyatını itirib. Gözyaşları içində dəfn edilən 26 yaşlı qadına həyat yoldaşı təcili yardım maşını tərəfindən xərəkdə gətirilib. Mərasimdə hər kəs göz yaşlarını saxlaya bilməyib.

Tibb bacısı kimi çalışan Ceylan Yılmaz və mühəndis Cenker Yılmaz 12 iyulda ailə qurmuşdular. Yılmaz cütlüyünün içərisində olduğu avtomobil Ankaranın çıxışında qəzaya düşüb.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Bal ayına çıxan cütlüyün faciəsi Hər kəsi şoka salan qəza VİDEO


RƏYLƏR