Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırışlardan qurtulmaq üçün bu qidaları yeyin

Qırışlardan qurtulmaq üçün bu qidaları yeyin

Tarix: 18 Iyul 2021 12:36

Mütəxəssislər sağlam və gənc görünən dərinin sirrinin üstdən tətbiq olunan vasitələrlə deyil, qidalarla əlaqəli olduğunu müdafiə edir. Qısaca, kimyəvi tərkibli məhsullar, əməliyyatlar yerinə sağlam qidalanaraq daha gözəl dəriyə sahib olmaq mümkündür.

Sonxeber.net axşam.az-a istinadən dərini cavan saxlayan qidaları təqdim edir.

Ananas

Tərkibindəki zəngin minerallar dəriyə parlaq görünüş verir, erkən qocalmasının qarşısını alır.

İspanaq

Bişmiş və ya çiy yeməyinizdən asılı olmayaraq faydalarını saymaqla bitməz. İspanaq tərkibindəki A, C, E vitaminləri, yüksək dəmir və maqnezium ilə əzələləri bərpa edir, eyni zamanda dərinin tonunu tarazlayır.

Çərəzlər

Badəm, qoz, yer fıstığı kimi çərəzlər yüksək lif və zülal tərkibi ilə həm dəri, həm də bədən sağlamlığı üçün vacibdir. Tərkibindəki sink və omega-3 cildinizi yeniləməyə və nəm balansını qorumağa kömək edir.

Qarpız

Xüsusilə yay aylarının gəlişi ilə süfrələrdən əskik olmayan qarpız yüksək likopen tərkibi sayəsində təbii bir günəş kremi təsiri yaradaraq dərinizi şüalardan qoruyacaq.

Zeytun yağı

Bir çox kosmetik markanın məhsullarında istifadə olunan zeytun yağı vitaminlərlə zəngindir. Tərkibindəki E vitamini ilə kollagen miqdarının azalması səbəbindən dəridə yaranan qırışların qarşını alacaq təbii vasitədir.

Şokolad

Tünd şokolad dəridəki qan axışını sürətləndirir, cildi daha hamar və parlaq göstərir.

Sitrus meyvələr

Limon, portağal, qreypfrut kimi meyvələr tərkiblərindəki C vitamini ilə dərinin daha canlı görünməsinə yardımçı olacaq.

Avokado

Son vaxtlar pəhriz menyularında yer alan bu meyvə dərinin təravətli və cavan qalmasında da xüsusi rol oynayır.

Mərci

Maqnezium, dəmir, folat, potasyumla zəngin mərci dərini yenilənməsinə kömək edir. 


Etiketlər:  Qırışlardan qurtulmaq üçün qidaları yeyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ