Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda mebel sexində yanğın olub, xəsarət alan var (YENİLƏNİB-2) (FOTO/VİDEO)

Sumqayıtda mebel sexində yanğın olub, xəsarət alan var (YENİLƏNİB-2) (FOTO/VİDEO)

Tarix: 11 Avqust 2019 05:06

İlk xəbər saat 17:31-də yayılıb

Bakı. Trend:

10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub. Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

XXX

19:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

XXX

17:31

Bakı. Trend:

Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, Nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan mebel sexi yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Əlavə məlumat veriləcək.​


Etiketlər:  Sumqayıtda mebel sexində yanğın olub xəsarət alan var YENİLƏNİB 2 FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ