Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 19:20
Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 epidemiyası ilə bağlı yeni sanitar qaydalara görə, qüllə artıq əvvəlki gündəlik ziyarətçilərinin yarısını və ya 13 000 ziyarətçi qəbul edəcək. Qüllənin 350 işçisi bu günü səbirsizliklə gözləyirdi.
Fransada mədəniyyət və əyləcə mərkəzlərində olduğu kimi iyulun 21-dən Eyfel qülləsinə qalxmaq üçün də sanitar sənəd tələb olunacaq.
Artıq 9 aydır bağlı qalan Eyfel qülləsi 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir.