Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 12:00
Əfqanıstanın hökumət qüvvələri daha bir bölgəni "taliban"-lardan azad edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Əfqanıstanın hökumət qüvvələri Parvan mərkəzi əyalətinin Surhu-Parsa bölgəsi üzrə nəzarəti bərpa edə bilib.
Bildirilir ki, əməliyyat zamanı çox sayda silah-sursat qənimət olaraq ələ keçirilib.
Nazirlik qeyd edib ki, "Taliban" hərəkatının döyüşçülərinin ələ keçirdiyi bölgələrin azad olunması ilə bağlı əməliyyatlar davam edir.
Qeyd edək ki, ölkənin təhlükəsizlik qüvvələri bu yaxınlara Parvan əyalətinin Şeyx Ali adlı bölgəsinə nəzarəti də bərpa edə bilmişdi. Ümumilikdə isə son bir ayda 24 bölgə "Taliban" döyüşçülərindən azad edilib.