Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyicisi yeni bank hesabını necə aça bilər?

Vergiödəyicisi yeni bank hesabını necə aça bilər?

Tarix: 19 Iyul 2021 23:08

Yeni bank hesabının açılması üçün vergiödəyicisi vergi orqanına "Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə" ilə müraciət etməlidir. Vergi orqanı isə bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergiödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, gücləndirilmiş elektron imza (o cümlədən "ASAN imza") və ya istifadəçi kodu, parol və şifrə olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür. Bu barədə ətraflı məlumatı portalın "Xidmətlər" bölməsindən, eyni zamanda, İnternet Vergi İdarəsinin "Yardım" bölməsindən əldə etmək mümkündür.

Həmçinin bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergiödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.


Etiketlər:  Vergiödəyicisi yeni bank hesabını necə aça bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ