Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin pilotsuz qırıcısı - ''Baykar'' konseptual dizayn görüntülərini yaydı - FOTO

Türkiyənin pilotsuz qırıcısı - ''Baykar'' konseptual dizayn görüntülərini yaydı - FOTO

Tarix: 20 Iyul 2021 16:46

"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq".

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin aerokosmik sənaye şirkəti olan "Baykar"ın rəsmi Facebook hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır. 

Türkiyə hazırda pilotsuz uçan aparatlar, o cümlədən silahlı PUA-lar sahəsində dünya liderlərindən birinə çevrilib. "Baykar" şirkətinin "Bayraktar TB2" döyüş təyyarəsi Qarabağdakı 44 günlük müharibənin gedişatına ciddi təsir etdikdən sonra sürətlə populyarlaşıb və sifarişçiləri kəskin artıb.


Etiketlər:  Türkiyənin pilotsuz qırıcısı Baykar konseptual dizayn görüntülərini yaydı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ