Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 11:34
Tacikistan Prezidenti Emomoli Rahmonun 64 yaşlı bacısı Kurbonbi Rahmonova koronavirusdan dünyasını dəyişib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb. K.Rahmonova bir müddətdir Düşənbədəki xəstəxanaların birində müalicə olunurdu. O, Danqarada dəfn olunacaq.
Xatırladaq ki, iyulun 5-də Emomoli Rahmonun qayınanası - 88 yaşlı Uzbekbi Asadulloyeva da koronavirusdan dünyasını dəyişib.