Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində üçüncü uşağın doğulmasına görə cərimələr ləğv edilib

Çində üçüncü uşağın doğulmasına görə cərimələr ləğv edilib

Tarix: 21 Iyul 2021 19:58

Çinin hakimiyyət orqanları ailələrdə üçüncü uşağın doğulmasıma görə cərimələri və digər sanksiyaları ləğv edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar ÇXR Dövlət Şurası tərəfindən qəbul olunub. Çərşənbə axşamı günü dərc edilmiş qərarda bildirilir ki, hökumət 2025-ci ilədək doğumun stimullaşdırılması üzrə əhatəli sosial siyasət sistemi yaradacaq. Hakimiyyət doğuş, uşaqların tərbiyəsi və təhsili üzrə sosial dəstək tədbirlərinin keyfiyyətini və effektlivliyini artırmaq niyyətindədir. 2035-ci ilədək əhalinin "demoqrafik strukturunun təkmilləşdirilməsi" uçun demoqrafik siyasəti modernəşdirmək nəzərdə tutulur.

Xatırladaq ki, bu il mayın 31-də Çin Kommunist Partiyasının Siyasi bürosu ailələrin üç uşaq sahibi olmasına icazə verən qərar qəbul edib.

1970-ci illərin ortalarında Çində doğumun məhdudlaşdırılması istiqamətində sərt tədbirlər görülməyə başlanmışdı. O zaman bəzi istisnalar olmaqla, ailələrə yalnız bir uşağa sahiblənmə icazəsi verilirdi. Qaydanı pozan valideynlər böyük cərimələrə məruz qalırdı. Onlar, həmçinin dövlət xidmətindən kənarlaşdırılır və kommunist partiyasının sıralarından xaric edilirdi.

2016-cı il yanvarın 1-dən isə ölkədə çinli ailələrin iki uşağa sahib olmasına icazə verən qanun qüvvəyə minib.

2020-ci ilin siyahıyaalınmasına əsasən, ÇXR əhalisinin sayı 1,41 milyard nəfər təşkil edib. Əhali tərkibində 60 yaşdan yuxarı vətəndaşların payı 18,7 faizə çatıb. Ötən il ölkədə 10,035 milyon yeni doğulan uşaq qeydə alınıb ki, bu da ÇXR-in əsasının qoyulduğu 1949-cu ildən bəri ən aşağı göstəricidir. Çin demoqraflarının proqnozlarına görə, əgər mövcud tendensiyada dönüş yaranmazsa, 2050-ci ilədək ölkədə 60 yaşdan yuxarı insanların sayı 487 milyon nəfərə (əhalinin 35 faizi) yüksələcək.


Etiketlər:  Çində üçüncü uşağın doğulmasına görə cərimələr ləğv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ