Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayaq, sümük, dirsək ağrılarının bir səbəbi - Sümük xərçəngi nədir?

Ayaq, sümük, dirsək ağrılarının bir səbəbi - Sümük xərçəngi nədir?

Tarix: 21 Iyul 2021 22:36

Tibdə osteosarkoma, el dilində sümük şişi adlı xəstəlik zamanı sümüklərdə və oynaqlarda şişlər görülür.

Uşaq və gənc yaşlarda daha çox rast gəlinən bu xəstəlik bəzən adi bir rentgen çəkimi zamanı təsadüfən aşkarlanır.

Əksərən xoş xassəli olur, xəstəyə heç bir ağrı, narahatlıq vermir və əlaməti olmur.

Lakin bəd törəmələr də ola bilər.

Milli.Az sümük xərçənginin səbəb və əlamətlərini təqdim edir.

Sümük xərçəngi ilk başda sümük hüceyrələrində baş verən dəyişiklikdən qaynaqlanır. Daha çox ayaq və qollarda özünü göstərir.

Ayaqda dizə yaxın yerdə, diz arxası çökəkdə, qolun çiyin hissəsinda çox yaranır. Nadir halda kürək və çənə sümüklərində də ola bilər.

Əlamətləri:

Uzun müddətli ağrılar, heç bir maz, ağrıkəsici, müalicənin təsir etməməsi
Şişkinlik, qızartı, ağrı nahiyəsində əllədikdə hiss olunan kütlə, sərtlik, düyünlük,

bununla yanaşı iştahsızlıq, halsızlıq, qızdırma və hərəkətlərdə geriləmə müşahidə olunursa, mütləq rentgen və MRT çəkilməli, onkoloqa müraciət edilməlidir.

Sümük xərçənginin tipləri:

Multipl miyelom - birincili sümük şişidir. Bədxassəlidir. İstənilən sümükdə yaranır və 50 yaşdan sonra üzə çıxır.

Osteosarkoma - yeniyetmələrdə, gənclərdə, sümük böyüyən dövrdə, daha çox ayaq, diz nahiyəsində görülür.

Eşinq sarkomu - 5-20 yaş arası görülür, geniş, yumşaq kütlə ilə birlikdə sümük yayılması olur. Qabırğalarda da rast gəlinir.

Kondrosarkom - 40-70 yaş arasında rast gəlinir. Ayaq və kürəkdə ola bilir.
Metastatik şişlər - sümüyədigər orqanların xərçəngi zamanı sıçrayan şişdir. Bu zaman sümüklər nazikləşir, qırılır.

Kimlər risk altındadır?

Çoxunun səbəbi bilinmir, amma kişilərdə, travma alanlarda, gənc yaşda idmanla düzgün məşğul olmayanlarda, sümükləri normadan tez və çox uzananlarda, sümüklərin digər xəstəliklərində əmələ gəlir.

Müalicəsi:

Diaqnoz qoyulan kimi travmatoloq, onkoloq, radioloq tərəfindən dərman kimya terapiya, şüa, orqan qorumaq şansı olan zaman əməliyyatsız müalicə, mümkün olmadıqda həmin sümüyün götürülməsi aparılır. /medicina.az

Milli.Az


Etiketlər:  Ayaq sümük dirsək ağrılarının bir səbəbi Sümük xərçəngi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ