Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gərək biz boşanaydıq...'' - Nadir xanımından danışdı

''Gərək biz boşanaydıq...'' - Nadir xanımından danışdı

Tarix: 22 Iyul 2021 12:05

Müğənni Nadir Qafarzadə 28 il evli olduğu həyat yoldaşı Sevincdən danışıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ifaçı "Xəbər ətər" verilişində bildirib ki, yoldaşı onu qısqanmır: 

"Yoldaşım heç zaman mənim səhnə fəaliyyətimə qarışmır. Şou-biznesdə nə baş verirsə, onun üçün maraqlı deyil. O heç bilmir şou aləmində nələr və kimlər var. Ancaq ailəmizlə maraqlanır. Bu dəqiqə başı oğlumun toy hazırlıqlarına qarışıb. Mən elə insanları sevirəm ki, başı ailəsinə qarışır. Yoldaşım məni anlayır, deyir ki, sən sənətdəsən. Mən aktyor olsaydım, hər gün bir xanımla rol oynasaydım, qısqansaydı, gərək onda biz boşanaydıq. 28 ildir bir yerdəyik. Sadəcə bəzi rəylər bizi narahat edir. Deyirlər ki, bunun arvadı bunun əlindən nələr çəkir ? Narahat olmayın, onun dərdi yoxdur, siz öz dərdinizi çəkin". 

Qeyd edək ki, N.Qafarzadənin iki oğlu var.  


Etiketlər:  Gərək boşanaydıq Nadir xanımından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ