Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TAP konsorsiumu qaz kəmərinin buraxılış gücünün artırılması üzrə sınaqlara yekun vurub

TAP konsorsiumu qaz kəmərinin buraxılış gücünün artırılması üzrə sınaqlara yekun vurub

Tarix: 23 Iyul 2021 16:32

Trans-Adriatik qaz kəmərinin (TAP) illik buraxılış gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi üzrə 2019-cu ildə başlamış sınaqlar başa çatıb və bununla bağlı hər hansı bir öhdəlik yaradan təklif daxil olmayıb.

Bu barədə Milli.Az-a TAP-ın kommersiya şöbəsindən bildiriblər.

Qeyd olunub ki, bu cür sınaqlar iki ildən bir keçirilir və indi maraqlı tərəflər iyulun 12-də başlamış sınaqlarda iştirak edə bilər.

TAP konsorsiumu iyulun 12-dən etibarən təbii qaz tədarükçülərinə layihəyə maraq oyatmaq, növbəti mərhələlərdə isə TAP-ın nəql güclərinə qoşulmaq üçün imkan yaradacaq yeni sınaqlara başlayıb.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlayıb. Bu günədək 3 milyard kubmetrə yaxın qaz nəql olunub.

Milli.Az


Etiketlər:  TAP konsorsiumu qaz kəmərinin buraxılış gücünün artırılması üzrə sınaqlara yekun vurub


RƏYLƏR