Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan böyük sınaqlardan məharətlə çıxdı - ŞƏRH

Azərbaycan böyük sınaqlardan məharətlə çıxdı - ŞƏRH

Tarix: 23 Iyul 2021 16:36

"Ölkə Prezidenti tərəfindən həyata keçirilən idarəetmə siyasətinin effektivliyi həm pandemiya dövründə, həm 44 günlük müharibə şəraitində öz əksini tapdı və biz faktiki olaraq Azərbaycanın bu böyük sınaqlardan kifayət qədər dayanıqlı şəkildə çıxmasının şahidi olduq".

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, bəzi dövlət qurumları öz fəaliyyətlərində effektivliyi xeyli dərəcədə artırmalıdırlar:

"Qeyri-neft sənayesindəki müsbət dinamika dövlət başçısının bilavasitə bu istiqamətə diqqəti və bu istiqaməti prearitet hesab etməsi ilə bağlıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafına son illərdə dövlət tərəfindən prearitet diqqət ayrılır və bu ölkə Prezidentinin müvafiq siyasəti ilə bağlıdır. Bununla yanaşı, sosial layihələrin icrası nəyinki dayandırlıldı, hətta biz bu istiqamətdə daha geniş, əhalinin daha çox hissəsinin bu prosesə cəlb olunmasının şahidi oluruq ki, bu da sözsüz ki, müsbət hal kimi dəyərləndirilməlidir.

Eyni zamanda ölkə Prezidenti tərəfindən qoyulan hədəflərin reallaşması istiqamətində düşünürəm ki, dövlət qurumlarının fəaliyyətinin effektivlik göstəricilərinin az olması problemlər yaradır. Belə ki, investisiyalar 2020-ci ildə ölkə iqtisadiyyatında xeyli dərəcədə azalmış və düşünürəm ki, bu, iqtisadiyyat nazirliyi üçün bir siqnal olmalıdır, fəaliyyətinin effektivliyini xeyli dərəcədə artırmalıdır. Bununla yanaşı Mərkəzi Bank və Maliyyə Nazirliyinin də öhdəsinə ciddi məsuliyyət düşür. Ölkədə investisiya həcminin xeyli dərəcədə artırılmasına ciddi ehtiyac var. Bu məsələlər dövlət başçısı tərəfindən dəfələrlə qaldırılıb və ümid etmək istəyirəm ki, həmin dövlət qurumları öz fəaliyyətlərində effektivliyi xeyli dərəcədə artırılmasına artıq yaxın müddətli perespektivdə nail olacaqlar".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Azərbaycan böyük sınaqlardan məharətlə çıxdı ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ