Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ancaq pul düşünürlər"- əməkdar artistdən ittiham

Tarix: 23 Iyul 2021 19:25

Əməkdar artist Nahidə Orucova gənc aktyorlardan gileylənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa MTV-yə açıqlamasında gənclərin sənət yox, pul düşündüklərini deyib:

"Hər zaman demişəm, elə gənc aktyorlar var ki, kənardan bizə baxıb deyir siz nə etmisiz? Biz gəldiyimiz sənət yolundan danışanda bizə qəribə baxırlar. Cavan aktyorlar başqadır. Onlar sənət yolunu, sənəti fikirləşmirlər. Onlar maddiyatı, qazancı düşünürlər. Deyirlər, görək hardan qazanırıq. Biz düşünürdük ki, tamaşaçının qəlbinə yol tapaq. Pulla yox, məhəbbətlə onların sevgisini qazanaq".

Milli.Az


Etiketlər:  Ancaq pul düşünürlər əməkdar artistdən ittiham


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ