Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kristen Stüart həmcinsi ilə nişanlandı - FOTO

Kristen Stüart həmcinsi ilə nişanlandı - FOTO

Tarix: 23 Iyul 2021 19:50

Məşhur aktrisa Kristen Stüart öz həmcinsi ilə nişanlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün 31 yaşlı aktrisa sevgilisi ssenarist Dilan Mayer ilə hava limanında görüntülənib. Paparassilərin çəkdiyi fotolarda qızların barmağında iki eyni halqalı üzük olduğu diqqətə çarpıb.

Görüntülərin ardından şəxsi həyatı ilə bağlı demək olar ki, açıqlama verməyən ulduzun Dilanla nişanlandığı və gizli toyun baş tutacağı ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, cütlüyün eşq yaşadığı 2019-cu ildə məlum olub. Stüart daha sonra verdiyi müsahibəsində sevgilisinə evlilik təklifi edəcəyi anı gözləyə bilmədiyini bildirib.

Milli.Az


Etiketlər:  Kristen Stüart həmcinsi ilə nişanlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ