Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnci''nin sahibi cərimələndi - Qeydiyyatsız toya görə

''İnci''nin sahibi cərimələndi - Qeydiyyatsız toya görə

Tarix: 23 Iyul 2021 20:26

22 iyul 2021-ci il tarixdə Ağdaş rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən "İnci" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Bu barədə Sonxeber.net-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan ("icaze.e-gov.az") rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.


Etiketlər:  İncinin sahibi cərimələndi Qeydiyyatsız toya görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ