Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2021 10:14
Türkiyəli müğənni Demet Akalın yaxın dostu Alişanın qardaşı Səlçukun vəfatından sonra konsert verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqramda yayılan məlumatların yalan olduğunu deyib: "Mən iki gündür Alişanın yanındayam. Məni bu işlərin içinə salmayın. İnsanlar ağrılıdır. Səhər qəbiristanlıqda idim. Ayıbdır, günahdır. Danışacaq çox şey var, gözünün yaşı dinməyən ailəni düşünən yoxdur. İnsan qəbiristanlıqda nə olduğunu başa düşür, gələn varsa, bilərdi".
Qeyd edək ki, Alişanın qardaşı koronovirusdan vəfat edib.