Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2021 22:48
Bakının bütün restoranlarında polis və aidiyyəti dövlət qurumları tərəfindən monitorinqlər davam etdirilir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu gündən başlayaraq polis əməkdaşları tərəfindən restoranlarda keçirilən toy mərasimlərinə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Monitorinqlərdə Bakı Şəhər İcra Hakimiyyəti və ərazi icra hakimiyyəti nümayəndələri də iştirak edib.
COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Məlumatı DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər.