Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2019 18:16
Bakı. Trend:
Qurban bayramı günlərində şəhər yollarında nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm marşrut xətti üzrə avtobusların normal fəaliyyətini tənzimləmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir.
BNA-dan Trend-ə daxil olan məlumata görə, belə ki, marşrut avtobuslarının daha çox keçdiyi dayanacaq məntəqələri, metro stansiyalarının ətrafı, şəhərin giriş-çıxış nöqtələrinə nəzarət gücləndirilib.
Görülən tədbirlər sayəsində əvvəllər xaotik vəziyyətin müşahidə olunduğu metronun “Gənclik”, “20 Yanvar”, stansiyalarının ətrafındakı, Şamaxinka adalanan ərazidə və Lökbatan dairəsi yaxınlığındakı avtobus dayanacaq məntəqələri taksi minik avtomobillərindən təmizlənib.
Nəticədə qeyd edilən ərazilərdən keçən müntəzəm marşrut avtobuslarının intervalındakı gecikmələr əhəmiyyətli dərəcədə azalıb, sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz istifadəsi təmin edilib:
"Bir daha hərəkət iştirakçılarına diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi və birbirinə qarşı anlayışlı olmağı tövsiyə edirik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin