Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydendən əfqan qaçqınlarla bağlı qərar

Baydendən əfqan qaçqınlarla bağlı qərar

Tarix: 25 Iyul 2021 11:26

ABŞ prezidenti Co Bayden Əfqanıstan qaçqınlarına nəzərdə tutulmuş "gözlənilməz xərclər" üçün 100 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

ABŞ xüsusi immiqrasiya vizaları üçün müraciət edən bir neçə min əfqanıstanlının təxliyəsinə başlamağı planlaşdırır. Bu qaçqınların əksəriyyəti 2001-ci ildən bəri ABŞ hökuməti üçün tərcüməçi işləməsi və ya başqa işlər görməsinə görə "Taliban" yaraqlıları tərəfindən təhdid olunur.

Təxliyə olunanların və onların ailələrinin ilk partiyası bu ayın sonunadək ABŞ-ın Virciniya ştatındakı Fort-Li hərbi bazasında mümkün olacaq, burada onlar viza müraciətlərinin son mərhələsini gözləyəcəklər.


Etiketlər:  Baydendən əfqan qaçqınlarla bağlı qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ