Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda erməni əsgər öldü

Qarabağda erməni əsgər öldü

Tarix: 27 Iyul 2021 12:40

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində erməni əsgər ölüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb. Bildirilir ki, 19 yaşlı erməni əsgər Sarkis Qriqoryan Qarabağın şimalında hərbi hissələrin birində güllə yarası alıb. O, aldığı yaradan dünyasını dəyişib.

Məlumata əsasən, insident iyulun 26-sı saat 22:26 radələrində qeyri-müəyyən şəraitdə baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan hələ də Qarabağdakı qanunsuz hərbi birləşmələri ərazidən tam çıxarmayıb.


Etiketlər:  Qarabağda erməni əsgər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ