Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 17:48
Azərbaycan güləş yığmaları Yaponiyaya yollanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək pəhləvanlarımız mübarizəyə qoşulmazdan 5 gün əvvəl "Gündoğar ölkə"yə gedib.
Güləşçilərimiz Olimpiadada 7 nəfərlə təmsil olunacaq. Sərbəst güləş yığmasında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.
Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) yunan-Roma güləşində ölkəmizi təmsil edəcək. Mariya Stadnik (50 kq) ilə Elis Manolova (68 kq) qadın güləşində gücünü sınayacaq.